Zaqatalada zəncirvari qəza - 3 yaralı
Qəzadan sonra avtomobillərin sürücüləri- rayonun Muğanlı kənd sakini, 1976-cı il təvəllüdlü Çingiz Əhməd oğlu Məmmədov, rayonun Faldar kənd sakini, 1989-cu il təvəllüdlü Asim Yusif oğlu Sofiyev və rayonun Dağlı kənd sakini 1966-cı il təvəllüdlü Rafiq Abdulməcid oğlu Abdullayev aldıqları xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Yaralıların xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərilərək, ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
AzVision.az