Zaqatalada döyülən tibb bacısı komaya düşdü
![Zaqatalada döyülən tibb bacısı komaya düşdü Zaqatalada döyülən tibb bacısı komaya düşdü](https://azvision.az/photos/8446745ed073a923b0b9d54f4e29.jpg)
Müayinə zamanı məlum olub ki, bir uşaq anası olan və Zaqatala MRX-nın poliklinika şöbəsində tibb bacısı vəzifəsində işləyən X. Muradova qonşusu İbrahim adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb.
Zaqatala Rayon Polis Şöbəsindən sayta bildirilib ki, hadisə səhər saatlarında X. Muradovanın yaşadığı ünvanda baş verib. X. Muradovanın qonşuluğunda yaşayan və uzun müddətdir ki, əsəb xəstəliyindən əziyyət çəkən İbrahim adlı şəxs hələki istintaqa məlum olmayan səbəbdən qadını vəhşicəsinə döyərək ona ağır bədən xəsarətləri yetirib və hadisə yerini tərk edib.
Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan saxlanılıb.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
AzVision.az