`Cəfər Cabbarlı` stansiyasının 1-ci yolu bağlanır
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev AzVision.az-a bildirib ki, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır.
Onun sözlərinə görə, “Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər.
Qeyd edək ki, 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.
AzVision.az