Bakıda mağazadan 40 telefon oğurlandı

Bakıda mağazadan 40 telefon oğurlandı
  07 Dekabr 2016    Oxunub:2071
Bakının mərkəzindəki mağazalardan birindən külli miqdarda oğurluq edilib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Bakı şəhər sakini Nazim Məmmədəliyevə məxsus mağazadan 40 ədəd mobil telefon və aksüssuarları, noutbuk və 80 ədəd mobil telefon nömrəsi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fuad Abışov və Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Fəqan İbrahimov tutulub.

F.Abışovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Yusif Orucovla birgə 1 mağazadan spirtli içki oğurlaması da müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə Y.Orucov da tutulub.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti