Mingəçevirdə futbolçu oyun zamanı vəfat etdi - Video
Dünən start götürən yarışın növbəti günü Mingəçevirdə “Gəncə Gömrük” komandası “Bakı Terminal Gömrük xidməti”nin komandası ilə qarşılaşıb. Oyunun ikinci hissəsinin əvvəlində Gəncə komandasının üzvü Şəhriyar Əliyev qəflətən huşunu itirərək yıxılıb.
Həkimlərin ilkin tibbi yardımına baxmayaraq, Ş.Əliyev dünyasını dəyişib. Nəticədə oyun təxirə salınıb.
AzVision.az