32 rayonda analoq yayım dayandırıldı

32 rayonda analoq yayım dayandırıldı
  10 Dekabr 2016    Oxunub:2097
Bu gündən 32 rayonda - Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda analoq yayım dayandırılıb.

Milli Televiziya və Radio Şurasından AzVision.az-a verilən məlumata görə, bu rayonlarda 10 dekabrdan başlaraq rəqəmsal yayıma keçiləcək. Bu, MTRŞ tərəfindən regionlarda analoq yayımın mərhələli dayandırılması qərarından sonra ikinci etapdır.

III mərhələdə - 20 dekabr tarixindən başlayacaq. Belə ki, həmin tarixdən etibarən Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.

Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq yayım dayandırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti