86 yaşlı kişi evdə yanaraq ölüb

86 yaşlı kişi evdə yanaraq ölüb
  12 Dekabr 2016    Oxunub:1439
Bu gün Füzuli rayonu, Alxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin hər mərtəbəsində bir otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən boğulmuş vəziyyətdə yanğınsöndürənlər tərəfindən çıxarılıb. Təcili Tibbi Yardım Xidməti hadisə yerinə gələnədək yanğınsöndürənlər tərəfindən xilasetmə cəhdlərinə baxmayaraq, 1930-cu il təvəllüdlü Məmmədov Ağaxan Xacıağa oğlu vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti