Dəm qazı daha üç can aldı

Dəm qazı daha üç can aldı
  12 Dekabr 2016    Oxunub:2122
Bakıda üç nəfər dəm qazından dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Neftçala rayon sakini Aytən Ələkbərova Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, dekabrın 11-də Binəqədi rayonu ərazisində yaşayan Azad Caniyev, Sabunçu rayonu ərazisində yaşayan Asifə Qasımova evlərində dəm qazından zəhərlənərək ölüblər.

Hər üç faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti