Gömrükdə qaçaqmal siqaret ələ keçirilib

Gömrükdə qaçaqmal siqaret ələ keçirilib
  12 Dekabr 2016    Oxunub:1921
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.
AzVision.az-ın Komitəyə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı əl yüklərinə daxil olan 4 ədəd çantadakı müxtəlif ərzaq məhsullarının arasından, gömrük nəzarətinə bəyan olunmayan 13 000 ədəd siqaret aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti