Həmyerlilərini aldadan İraq vətəndaşı tutuldu
Ahmad Abdulhaq İsmael ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almaq adı altında 30 nəfər İraq vətəndaşının müəyyən məbləğdə ödəniş qarşılığında Azərbaycana gətirilməsini təşkil edib və onları müxtəlif ünvanlarda yerləşdirib. Lakin həmin əcnəbilərin burada ali təhsil müəssisələrinə qəbul edilmələri üçün zəruri prosedurları yerinə yetirməyib və həmvətənlərindən dələduzluq yolu ilə aldığı küllü miqdarda vəsaiti mənimsəyib” – deyə DMX-dan bildirilib.
Qeyd olunub ki, faktlarla bağlı A. A. İsmaelin müvafiq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.
AzVision.az
Teqlər: