Biləsuvarda 4 otaqlı ev yanıb
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, rayonda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 3 m² sahədə və 1 ədəd televizor yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az