`Sədərəkdə` dollar alıb-satan tutuldu
Onun üzərinə baxış keçirilərkən əlavə olaraq 12 min 360 ABŞ dolları və 49 min 453 manat məbləğində pul vəsaiti aşkar olunub. İlkin dindirmə zamanı saxlanılan şəxs qeyd edilən ticarət mərkəzində qanunsuz olaraq səyyar şəkildə valyuta mübadiləsi ilə məşğul olduğunu bildirib.
Qeyd edilən faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslərlə mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Qeyri-qanuni valyuta mübadiləsi ilə məşğul olan şəxslərin bu hüquqa zidd əməllərdən çəkinmələri tələb olunur.
AzVision.az
Teqlər: