Neftçilərdən birinin meyiti sahilə gətirildi
![Neftçilərdən birinin meyiti sahilə gətirildi Neftçilərdən birinin meyiti sahilə gətirildi](https://azvision.az/photos/baliqci xilas.jpg)
Bildirilib ki, İlham Qafarovun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparılıb.
Neftçinin meyiti bu gün ailəsinə təhvil veriləcək. Cəsədi tapılan Qafarov İlham Əlihüseyn oğlu 1958-ci il təvəllüdlüdür. Mərhum neftçinin 3 uşağı yadigar qalıb.
Qeyd edək ki, bu gün səhər saatlarında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində 10 nəfər dənizdə itkin düşüb. İtkin düşənlərdən İlham Qafarovun meyiti dənizdə tapılaraq, sudan çıxarılıb.
AzVision.az