Gəncədə 2 `VAZ` toqquşdu: yaralı var
AzVision.az "ARB Kəpəz"-ə istinadən xəbər verir ki, Gəncə şəhər Nizami prospektində yol-nəqliyyat hadisəsi baş verib. Şəmkirdən Gəncə istiqamətinə hərəkət edən, 51 yaşlı Ramiz Əbdürəhmanovun idarə etdiyi “VAZ 21 099” markalı avtomobillə 22 yaşlı Röyal Məmmədlinin sükanı arxasında olduğu “VAZ 21 07” toqquşub. Röyal Məmmədli yüngül xəsarət alıb.
İlkin ehtimala görə, qəzaya “VAZ 21 099”un dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Fakt araşdırılır.
AzVision.az