Ağstafada bir ailənin 3 üzvünü maşın vurdu
Hadisə Ağstafa şəhəri, Ü.Hacıbəyov prospektində baş verib. Naməlum avtomobil bir ailənin üç üzvünü vuraraq hadisə yerindən qaçıb.
Nəticədə Ağstafa şəhər sakini, 1959-cu il təvəllüdlü Tağıyeva Səlminaz ölüb, onun oğlu 1983-cü il təvəllüdlü Tağıyev Əvəz və nəvəsi 2001-ci təvəllüdlü Tağıyev Tunar isə müxtəlif dərəcələri xəsarətlərlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır. (Apa)
AzVision.az