Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi əbədiləşdirildi - FOTO
Bu barədə AzVision.az-a Milli Qəhrəmanın həyat yoldaşı Fizzə Mirzəyeva məlumat verib.
Onun sözlərinə görə, barelyefin açılış mərasimdə şəhidin ailə üzvləri, qohumları və hərbçi yoldaşları iştirak edib.
Qeyd edək ki, Milli Qəhrəman Murad Mirzəyev ABŞ Ranger kursunu bitirən ilk və yeganə azərbaycanlıdır. M.Mirzəyev 2-5 aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib.
Murad Mirzəyev aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.
Anar Kəlbiyev
AzVision.az