Avtobus üç piyadanı vurdu, ölən var

Avtobus üç piyadanı vurdu, ölən var
  22 Dekabr 2016    Oxunub:1593
Nərimanov rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Bakı şəhər sakini Müşfiq Şıxəliyevin idarə etdiyi “Daevoo” markalı 20 saylı xətt avtobusu Nərimanov rayonu ərazisində yol kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub. Nəticədə M.Cəfərov hadisə yerində ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti