Zərdabda məktəb binası yanıb

Zərdabda məktəb binası yanıb
  23 Dekabr 2016    Oxunub:1289
Zərdab rayonunda yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Təzəkənd kəndində ümumi sahəsi 410 m2 olan birmərtəbəli orta məktəbin sinif otağı və çardağının yanar konstruksiyaları 24 m2 sahədə yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti