AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Salyan RPŞ və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı rayonun Həsənli kənd sakini Seyfəli Süleymanovun və oğlu Şaiqin yaşadıqları evdən 1 ədəd müvafiq sənədləri olmayan "İJ-27" markalı, həyətdəki "VAZ-2107" markalı avtomobildən isə müvafiq sənədləri olan "İJ-58" markalı, 1 ədəd müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "TOZ-8" markalı ov tüfəngləri və 16 ədəd patron, habelə yardımçı təsərrüfatdan 2 baş ceyran aşkar edilərək götürülüb.
AzVision.az