Səngəçaldakı partlayışın ilkin səbəbi açıqlandı
Qeyd olunub ki, 2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması, yaxud kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları nəzərdən keçirilir.
İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir. Araşdırma işləri yekunlaşdıqdan sonra nəticələr barədə əlavə məlumat veriləcək.
AzVision.az