Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  31 Dekabr 2016    Oxunub:1507
Bakı və Abşeron yarımadasında dekabrın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
AzVision.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 6-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Dekabrın 31-də əsasən şimal və şərq rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti