Neftçilərin axtarışı ilə bağlı yeni məlumat - FOTOLAR

Neftçilərin axtarışı ilə bağlı yeni məlumat - FOTOLAR
  31 Dekabr 2016    Oxunub:4797
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Axtarış-xilasetmə Qərargahından AzVision.az-a verilən məlumata görə, qurumların mütəxəssisləri hər gün olduğu kimi bu gün də Qərargahın rəhbər heyətinə, davam etdirilən axtarış – xilasetmə əməliyyatlarının gedişatı ilə bağlı məruzə ediblər.



Qərargahın rəhbər heyətinə məruzə edilərək bildirildi ki, axtarış – xilasetmə əməliyyatları uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə fasiləsiz olaraq davam etdirilir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmiləri, SOCAR-ın Dalğıc və Qəza – xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələri, 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700 – dən artıq canlıq qüvvə və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adaları və sahil boyu vizual axtarışı davam etdirməkdədir. SOCAR – ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları estakadanın uçub dənizə töküldüyü yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə işləri davam etdirilir.



İlk gündən axtarış – xilasetmə əməliyyatlarına cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov” “Təbriz Xəlilbəyli” axtarış – xilasetmə gəmiləri uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməkdədir.

AzVision.az


Teqlər:  





Xəbər lenti