Biləsuvarda yanğın olub
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 12:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az