Bakıda iki evdə yanğın olub

Bakıda iki evdə yanğın olub
  01 Yanvar 2017    Oxunub:1393
Bakıda bir neçə yanğın hadisəsi qeydə alınıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli binana baş verib. Nəticədə binanın zirzəmisində yerləşən elektrik şitində 10 ədəd elektrik açarı və 2-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 134 m2 olan 3 otaqlı mənzilin eyvanında istilik sistemi (kombi) qismən yanıb. Mənzil yanğından mühafizə olunub.

Qaradağ rayonu, Qobustan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti