İmişlidə ağır qəza - 6 nəfər yaralanıb

İmişlidə ağır qəza - 6 nəfər yaralanıb
  02 Yanvar 2017    Oxunub:1333
İmişli rayonunun Bəhrəmətəpə qəsəbəsi ərazisində “VAZ2104” və “QAZ 24” markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Qəza nəticəsində “VAZ2104” markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Qurbanzadə Arazbəyli Qurban oğlu və “QAZ 24” avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Əliyev İbrahim Habil oğlu, o cümlədən 1972-ci il təvəllüdlü Əliyeva Şölə Qismətəli qızı, 1983-cü il təvəllüdlü Əliyeva Ülviyyə İsfəndiyar qızı, 1971-ci il təvəllüdlü Əliyev Vasif Qismətəli oğlu, 1971-ci il təvəllüdlü Əkbərzadə Sənan Miri oğlu müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər:





Xəbər lenti