Paytaxtda inzibati binada yanğın olub

Paytaxtda inzibati binada yanğın olub
  02 Yanvar 2017    Oxunub:1424
Bakıda yanğın hadisəsi qeydə alınıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda ümumi sahəsi 240 m2 olan fəaliyyət göstərməyən inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti