Aprel döyüşlərində şəhid olan gizirin ad günüdür - FOTOLAR

Aprel döyüşlərində şəhid olan gizirin ad günüdür - FOTOLAR
  04 Yanvar 2017    Oxunub:28220
Bu gün aprel döyüşlərində şəhid olan gizir Teymur Qasımovun doğum günüdür.
AzVision.az-ın məlumatına görə, Teymur Qasımov 04 yanvar 1992-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. Mingəçevir İnternat məktəbinin məzunu olan Teymur, eyni zamanda tanınmış idmançı idi.



2012-ci ildən Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, 2013-cü ildən isə gizir kimi vətənə xidmət edib. Tərtər rayonunun Talış kəndindəki yüksəklik uğrunda gedən son döyüşdə şəhid olub. Şəhid aprelin 9-da Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.




Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti