`Şeyxin Karlovı Varıda əmlakı yoxdur` - Cavanşir Paşazadə

`Şeyxin Karlovı Varıda əmlakı yoxdur` - Cavanşir Paşazadə
  26 Yanvar 2017    Oxunub:2097
“Açıq Rusiya” təşkilatının saytında yer alan məlumata görə, Çexiyanın məşhur kurort şəhəri olan Karlovı Varıda daşınmaz əmlakın böyük bir qismi Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsusdur.
Saytın yaydığı məlumatda qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, onun deputat qardaşı Cavanşir Paşazadənin Karlovı Varıda əmlakı var. Millət vəkili Adil Əliyevin də adı həmin siyahıda yer alıb.

QMİ rəhbərinin qardaşı, deputat Cavanşir Paşazadə AzVision.az-a açıqlama verərək “Açıq Rusiya” təşkilatının məlumatını yalanlayıb.

Deputat özünün və şeyxin Karlovı Varıda əmlakının olmadığını bildirib: “Hazırda xaricdəyəm. Buna görə ətraflı danışa bilmirəm. Qeyd edim ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Tamamilə yalandır. Bizim orada əmlakımız yoxdur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti