`20 Yanvar`da tıxaca qarşı işıqforlar quraşdırılıb

`20 Yanvar`da tıxaca qarşı işıqforlar quraşdırılıb
  04 Fevral 2017    Oxunub:2481
Bakının "20 Yanvar" dairəsində avtomobillərin sıxlıq təşkil etdiyi ərazidə quraşdırılan işıqforlar istifadəyə verilib.

AzVision.az xəbər verir ki, ötən gün axşam saatlarından ən çox sıxlıq yaşanan bu ərazinin 4 bir tərəfində işıqforlar işə salınıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, əsas məqsəd həmin ərazidə hərəkətin təhlükəsizliyini təmin etmək və "20 Yanvar" dairəsindəki sıxlığın aradan qaldırılmaqdır.

Qeyd edək ki, indiyə qədər həmin ərazidə işıqfor olmadığından hərəkət DYP əməkdaşları tərəfindən tənzimlənirdi.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti