`Dövlət orqanları Lapşinlə yaxşı davranır` - İsrail konsulu

`Dövlət orqanları Lapşinlə yaxşı davranır` - İsrail konsulu
  13 Fevral 2017    Oxunub:2866
“İsrail konsulu fevralın 10-da Aleksandr Lapşini hazırda saxlanıldığı istintaq təcridxanasında ziyarət edib. Dövlət orqanları Lapşinlə yaxşı davranır”
AzVision.az xəbər verir ki, bu fikirləri İsrail səfirliyinin missiya rəhbərinin müavini Amir Rom bloqqer Aleksandr Lapşinin saxlanma şəraiti və İsrail səfirliyinin əməkdaşları ilə keçirilən görüşlə bağlı sorğusuna cavab olaraq bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov daha əvvəl bildirmişdi ki, Aleksandr Lapşin fevralın 10-da vətəndaşı olduğu İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşüb. O qeyd etmişdi ki, görüş beynəlxalq hüquq normalarına uyğun olaraq, İsrailin Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti