Xocalı soyqırımı Milli Məclisdə müzakirə olunacaq

Xocalı soyqırımı Milli Məclisdə müzakirə olunacaq
  20 Fevral 2017    Oxunub:2576
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası fevralın 24-də keçiriləcək.
Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, iclasın gündəliyinə 1 məsələ daxildir: “Xocalı Soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi”.

Xatırladaq ki, Ermənilərin törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 nəfər girov götürülərək amansız işgənclərə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti