Artur Rasizadə Cahangir Hacıyevi cinayətkar adlandırdı - Yenilənib

Artur Rasizadə Cahangir Hacıyevi cinayətkar adlandırdı - Yenilənib
  17 Mart 2017    Oxunub:4998
“2016-cı ildə Azərbaycanın maliyyə-bank sektorunda mövcud olan çətinliklər ötən ili mürəkkəb il kimi xarakterizə etməyə əsas verir. Dünya bazarında karbohidrogen resurslarının qiymətlərinin kəskin aşağı düşməsi ölkənin ixrac gəlirlərinin xeyli azalmasına gətirib çıxarıb"
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə Nazirlər kabinetinin hesabatını təqdim edən Baş nazir Artur Rasizadə deyib.

Baş nazir bildirib ki, bir sıra bankların qeyri-qənaətbəxş işləməsi, ölkənin sistem əhəmiyyətli Beynəlxalq Bankının keçmiş rəhbərliyinin (Cahangir Hacıyev-red) cinayətkar fəaliyyəti durumu daha da ağırlaşdırıb:

“Vəziyyəti nəzərə alan dövlət başçısı maliyyə sektorunda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və makroiqtisadi dayanıqlığın təmin edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradıb. Ölkə iqtisadiyyatındakı mövcud problemlər Maliyyə Sabitliyi Şurasında araşdırılaraq onların həllinə yönəldilmiş tədbirlər planı hazırlanıb və aidiyyatı dövlət orqanları tərəfindən icrasına başlanılıb”.

A.Rasizadə, həmçinin qeyd edib ki, ötən il baş verən hərbi əməliyyatlar torpaqların azad edilməsində sülh yolundan başqa, hərb yolunun da mövcud olduğunu, əsgələrin qələbə əzmini bir daha göstərdi.

***

(12:01)

Milli Məclisin növbəti plenarı iclası başlayıb.

AzVision.az xəbər verir ki, iclasda baş nazir Artur Rasizadə, nazirlər, hökumət rəsmiləri iştirak edirlər.

İclasın gündəliyinə Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabat daxildir.

Hesabatı Azərbaycanın baş naziri Artur Rasizadə təqdim edir

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis   Başnazir  





Xəbər lenti