YAP-çı deputat: "Xaçaturov özünü insan kimi aparmalıdır"
A.Mirzəzadə qeyd edib ki, Xaçaturov Azərbaycan torpaqlarının işğalında iştirak etmiş və mövqelərimizə qarşı vaxtaşırı provokasiyalar təşkil edən bir insandır: "Buna görə də Xaçaturovun fəaliyyəti daim Azərbaycan ictimaiyyətinin diqqətində olacaqdır. Digər tərəfdən Ermənistandan başqa KTMT-yə daxil olan digər beş ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar ötən ilin aprelində Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarını dəstəkləmədilər. Bu Ermənistan üçün, həmçinin Xaçaturov üçün ciddi bir xatırlatmadır".
YAP-çı deputat vurğulayıb ki, Xaçaturov istədi-istəmədi KTMT-nin nizamnaməsinə uyğun hərəkət etməli olacaq: "Əgər səlahiyyətindən kənar bəyanatlar verərsə, onda həmin təşkilatın üzvü olan dövlətlərin ciddi etirazı ilə qarşılaşacaq. Eyni zamanda Azərbaycan da bu məsələni diqqətdən kənarda qoymayacaq. Xaçaturov bilməlidir ki, Azərbaycan müstəqil ölkədir, BMT tərəfindən tanınmış sərhədləri var. Xaçaturov etdiyi əməllərin əksinə olaraq, bu gün özünü diplomat, hüquqa bağlı insan kimi aparmalıdır".
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Azərbaycan Ermənistan Deputat YAP Xaçaturov