Putin Ərdoğanı təbrik etdi - 2 gündən sonra

Putin Ərdoğanı təbrik etdi - 2 gündən sonra
  19 Aprel 2017    Oxunub:1286
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Bildirilib ki, Putin aprelin 16-da Türkiyədə keçirilən referendumun nəticələləri ilə bağlı Ərdoğanı təbrik edib.

Bundan əlavə prezidentlər Suriya məsələsini də müzakirə ediblər.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirilib. Seçicilərin 51,33 faiz dəyişikliklərin lehinə səs verib. Bu münasibətlə bir neçə ölkə rəhbəri Türkiyə prezidentini təbrik edib.

AzVision.az


Teqlər: Türkiyə   Rusiya   Referendum  





Xəbər lenti