Cocuq Mərcanlıda tank əleyhinə mina aşkarlanıb
ANAMA-dan bildiriblər ki, 72 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Otuz altı partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 508 min 760 kvadratmetr ərazi yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən aprelin 30-dək 5 142 ədəd partlamamış hərbi sursat, tank əleyhinə 109 mina və piyada əleyhinə 12 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 567 min 964 kvadratmetr ərazi yoxlanılıb.
AzVision.az
Teqlər: Cocuq-Mərcanlı