İmtahan nəticələrinin aşağı olmasının səbəbi

İmtahan nəticələrinin aşağı olmasının səbəbi
  01 May 2017    Oxunub:1690
“Bakı şəhərində 6-ci sinif şagirdlərinin imtahan nəticələri ilə bağlı aparılan araşdırmalarda məktəblilərin aşağı nəticə göstərməsinə səbəb kimi 70 amil nəzərə alınıb”.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, aparılan araşdırma nəticəsində məlum olub ki, Bakıda Təhsil Nazirliyinə tabeli gimnaziya və liseylərdə şagirdlər yüksək nəticə göstərib. Bakı ətraf rayonları - Pirallahı, Xəzər, Sabunçu, Suraxanıda şagirdlər aşağı, digər rayonlarda isə yuxarı nəticə göstəriblər.

“Şagirdlərin aşağı nəticə göstərməsində 70 amil əsas götürülüb. Bunların arasında şagirdərin resursla təmin olunması vacibdir. Məlum olub ki, Bakı şəhəri üzrə 84 faiz şagird resurslarla təmin olunub. Ananın ali təhsilli olması, şagirdin məktəbəqədər təhsilə cəlb olunması da vacib məqamdır. Anaları ali təhsilli olanlar və məktəbəqədər təhsilə cəlb olunanlar yüz faizlik nəticə göstəriblər”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   İmtahan   Məktəb  





Xəbər lenti