"Şəffaflıq tələb edəndə qıcıqlanırlar" - Baş nazirin müavini

"Şəffaflıq tələb edəndə qıcıqlanırlar" - Baş nazirin müavini
  01 May 2017    Oxunub:1233
“Beynəlxalq donorlar ilə yaranan anşalımazlıq təkcə Azərbaycanla bağlı deyil, digər ölkələrdə də bu cür hallar baş verir”.
AzVision.az xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, müəyyən hallarda hökumət sərt qərarlar qəbul edir:

“Burada ölkənin təhlükəsizliyi əsas götürülür. Dağlıq Qarabağın işğalı Azərbaycana problem yaradıb, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz bu sahədə daha geniş düşünməliyik, dövlət maraqlarından çıxış etməliyik. Xarici donorların üzərinə kölgə salmaq niyyətim yoxdur, amma Azərbaycan müharibə vəziyyətində olan ölkədir, bu nəzərə alınmalıdır. Sərtləşmələr var, bunun da səbəbləri var. Başqa ölkələr də bunu edirlər. Bu sahədə tam şəffaflıq olmalıdır”.

Ə. Əhmədov deyib ki, bəzi beynəlxalq təşkilatlar şəffaflığı hökumətin yaratdığı əngəllər kimi xarakterizə edirlər: “Əgər bu işlər saf niyyətlə edilirsə, niyə şəffaflığı tələb edəndə qıcıqlanırlar. Azərbaycan hökuməti bu istiqamətdə işlər aparır. Biz istəyirik ki, hər şey tam şəffaf olsun. Ayrılan vəsaitin hansı məqsədlə və hara xərcləndiyini bilək”.

AzVision.az


Teqlər: QHT   Əli-Əhmədov  





Xəbər lenti