100-dən çox obyektdən su nümunəsi götürülüb
IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar "Azərsu" ASC-də yaradılmış komissiyanın sədri, ASC sədrinin birinci müavini Teyyub Cabbarov mütəmadi olaraq komissiyanın iclaslarının keçirildiyini xatırladaraq görülmüş işlər barədə məlumat verib. "Oyunların keçirilməsi ilə əlaqədar Bakı Sukanal, rayon sukanal idarələrinin rəhbərlərinə hidrotexniki qurğuların, su və kanalizasiya xətlərinin, quyu və barmaqlıqların vəziyyəti ilə bağlı ətraflı araşdırmaların aparılması, görüləcək təmir işləri və digər tədbirlər barədə komissiyaya məlumat verilməsi tapşırılıb. Qısa müddətdə hər bir rayon üzrə təhlillər aparılıb, hidrotexniki qurğuların və şəbəkələrin vəziyyəti, görülməli işlər barədə məlumat əldə olunub. Eyni zamanda Bakı şəhəri üzrə 3 ixtisaslaşmış qəza briqadalarının yaradılması və oyunların keçiriləcəyi günlərdə onların, eləcə də rayon sukanal idarələrinin qəza xidmətlərinin fasiləsiz fəaliyyət göstərmələri üçün lazımi tədbirlər görülüb. Həmin günlərdə xidmət göstərəcək maşın, xüsusi texnika və avadanlıqların texniki vəziyyəti qiymətləndirilib, lazım olan ehtiyat hissələri, mal və material tədarük olunub. Bunlarla yanaşı, ASC-nin mütəxəssisləri tərəfindən idman obyektlərinin və qurğularının su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti bir daha yoxlanılıb. Mərkəzi Laboratoriyanın səyyar laboratoriya kimi fəaliyyət göstərən nəqliyyat vasitələrindən istifadə olunmaqla 100-dən çox obyektdən su nümunələri götürülərək analiz olunub. Yarışların keçiriləcəyi günlərdə "Azərsu" ASC-nin inzibatı binasında 24 saat fəaliyyət göstərən qərargah işləyəcək, eyni zamanda yerlərdə növbətçilik təmin olunacaq".
İclasda çıxış edən Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov, Xəzər rayon Sukanal İdarəsinin rəisi Mübariz Nəsirov, Səbail rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanov, “Sutikinti” müəssisəsinin rəisi Səid Salayev IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat veriblər.
"Azərsu" ASC-nin sədri ixtisaslaşmış briqadaların peşəkar kadr, maşın-mexanizm və avadanlıqlarla tam komplektləşdirilməsi, lazımi anbar ehtiyatlarının yaradılması ilə bağlı əlavə tədbirlərin görülməsi, mərkəzi idarə aparatında və yerlərdə növbətçiliyin, həmçinin şəhərdə avtomobil sıxlığının tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq işçilərin pilləli iş rejiminin təmin olunması barədə tapşırıqlar verib.
AzVision.az
Teqlər: Azərsu İslam-Həmrəyliyi-Oyunları