İlham Əliyev albaniyalı həmkarını təbrik edib

İlham Əliyev albaniyalı həmkarını təbrik edib
  01 May 2017    Oxunub:1249
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının yeni seçilmiş Prezidenti İlir Metaya təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Meta,
Albaniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti