"İsraillə dostluğumuz bundan sonra da inkişaf edəcək" - İlham Əliyev

"İsraillə dostluğumuz bundan sonra da inkişaf edəcək" - İlham Əliyev
  01 May 2017    Oxunub:3281
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə təbrik ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

AzVision.az


Teqlər: Azərbaycan   Prezident   İlham-Əliyev   İsrail  





Xəbər lenti