“Azərbaycan turistlər üçün cəlbedici ölkədir” - Nazir

“Azərbaycan turistlər üçün cəlbedici ölkədir” - Nazir
  05 May 2017    Oxunub:997
“Azərbaycanın müstəqillik tarixi çox qədim deyil. Ona görə də turizimlə bağlı bizim xarici və qonşu dövlətlərdən öyrənəcəyimiz çox şeylər var”.
AzVision.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, adətən turistlər ziyarət edəcəyi ölkəni seçərkən özlərini təhlükəsiz hiss etmədikləri yerləri seçmirlər: "Bizim 20% torpaqlarımız işğal altındadır, orada zəngin tarixi və mədəni abidələr yerləşir. Təəssüflər olsun ki, biz həmin məkanları turistlətə göstərə bilmirik. Biz yalnız 2001-ci ildən turizimlə ciddi məşğul olmağa başlamışıq. Bu münaqişə turizmin inkişafına da mənfi təsir göstərib”.

Ə.Qarayev son zamanlar ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayının artdığını söyləyib: “Burada müsəlman və digər dövlətlərdən xeyli sayda qonaqlar gəlib. Ərəb ölkələrindən gələn turistlərin Azərbaycana marağı artıb. Ancaq biz istəyirik ki, təkcə müsəlman ölkələrindən deyil, Avropa və digər regionlardan da Azərbaycana gələn turistlərin sayı artsın. Amma biz daha çox turist cəlb etmək üçün çalışırıq. Azərbaycan turistlər üçün əlverişli və cəlbedici ölkədir. Bizim ölkəmizdə sabitlik və təhlükəsizlik turistlər üçün vacib əhəmiyyət kəsb edir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Turizm  





Xəbər lenti