Forum iştirakçılarına konsert verilib - Foto

Forum iştirakçılarına konsert verilib - Foto
  06 May 2017    Oxunub:1304
Mayın 5-də Şirvanşahlar Sarayında Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları üçün “Sülh naminə mənəvi çağırış” adlı konsert proqramı təşkil edilib.
Konsertdə Əməkdar Artist Fuad İbrahimovun dirijorluğu ilə Hollandiyanın “The Nieuw Ensamble” orkestrinin və Əməkdar Artisti, tar ifaçısı Sahib Paşazadənin ifasında Əməkdar Artist Fərac Qarayevin kompozisiyası səsləndirilib.

Xatırladaq ki, mayın 6-dək davam edəcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır.

Forumda 120-dək ölkə rəsmisi, 50-dək beynəlxalq təşkilatın nümayəndəsi, 50-dən çox qeyri-hökumət təşkilatı iştirak edir. Ümumilikdə tədbirə təqribən 800-dən çox xarici nümayəndə qatılıb.





AzVision.az


Teqlər: Bakı-Forumu  





Xəbər lenti