İlham Əliyevə təbriklər gəlməkdə davam edir

İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  30 May 2017    Oxunub:1092
Monteneqronun prezidenti Filip Vuyanoviç Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Vətəndaşlarınızın rifahı naminə görülən işlərdə Azərbaycana davamlı tərəqqi arzulayıram.

Bu əlamətdar bayram münasibətilə qeyd etmək istərdim ki, ölkələrimiz arasında dostluğa əsaslanan güclü münasibətlər qarşılıqlı maraqları ehtiva edən əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə səciyyələnir. Əməkdaşlığımızın inkişafına verdiyiniz böyük şəxsi töhfənizə görə Sizə dərin minnətdarlığımızı bildirirəm.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.

Eyni zamanda San-Marino Respublikasının Kapitan-Regentləri Mimma Zavolidən və Vanessa D`Ambrosio da prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzVision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti