“İşğal altında: Şuşa. Qisas” oyunu təqdim edilib

“İşğal altında: Şuşa. Qisas” oyunu təqdim edilib
  06 İyun 2017    Oxunub:14670
Bu gün “İşğal altında: Şuşa. Qisas” kompüter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Şuşa rayon İcra başçısı Bayram Səfərov və digər rəsmilər iştirak edib.

İlk olaraq AzDimension şirkətinin rəsmisi Fərid Haqverdiyev bildirib ki, “İşğal altında: Şuşa. Qisas” oyunu 2012-ci ildə istehsal edilən “İşğal altında: Şuşa” oyununun yeni versiyasıdır. "Əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənib və inkişaf etdirilib. Oyun 3 dildədir, Azərbaycan rus və ingilis dillərini dəstəkləyir. Oyunda 2 sonluq mövcuddur. Bu ilin sonunda isə macəra triller janrında qurulan “Sonuncu dalan” kompüter oyunun istifadəyə verilməsi planlaşdırılır.

Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, gənclərimiz tariximizi bilməli, vətənpərvlik ruhunda böyüməlidirlər. "Gənclərdə maraq böyüsün, inansınlar və bilsinlər ki, bu torpaqlar qayıtıracaq və o torpaqlarda abidələrin qurulmasında yaxından iştirak edəcəklər. Sevindiricidir ki, gənclərimiz İKT sahəsində aktivdilər".

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu cür layihələrin dəstəklənməsi təqdirəlayiqdir.

"Tariximizə yazılan qanlı səhifələr var. Çox təəssüf ki, gənclərimizin çoxu Şuşanın, Qarabağın gözəlliyini görməyiblər. İnanıram ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü düşünülmüş düzgün siyasəti nəticəsində onlar tezliklə bu gözəlliyin şahidi olacaqlar".

Nəqliyyat, rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, tamamilə yeni texnoloji əsasda oyunun təqdimatı keçirilir. "Gənclər oyunlar sahəsinin formalaşmasına dəstək verirlər. Sevindiricidir ki, gənclər işlərini dayandırmayıblar. Bu oyunların əsas məqamı gənclərimizə vətənpərvlik hissi yaratmaq, Qarabağın hər bir bölgəsini yaşamaq hissini ürəklərdə yaşatmaqdır. Nazirlik belə layihələrə dəstək olur".

Qeyd edək ki, oyun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AzDimension şirkəti tərəfindən hazırlanıb. Daha əvvəl bu şirkət tərəfindən işğal altında: Ağdam” oyunun hazırlanmasını dəstəkləyib.

“Qarabağı tanı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə üçlü formatda hazırlanan “Şuşa kitabı” uşaq və gənclərin Şuşada yerləşən tarixi və mədəniyyət abidələri haqqında ətraflı məlumat əldə etməsinə imkan yaradır. Şuşa qalası, Natavan bulağı, Gövhər-ağa məscidi, karvansaray və digər abidələr kitabda yer alıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti