Gürcüstan prezidenti: “Bir neçə dəfə istefa vermək istədim”

Gürcüstan prezidenti: “Bir neçə dəfə istefa vermək istədim”
  10 İyun 2017    Oxunub:1284
Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilk dəfə ictimaiyyət arasında etiraf edib ki, o bir neçə dəfə vəzifəsindən istefa vermək istəyib. AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
“Öz gələcəyi haqqında düşünən insan həmişə adi olmayan addımlar barədə düşünür. Gürcüstan prezidenti postunda olduğum müddətdə mən müxtəlif səbəblərlə bağlı bir neçə dəfə istefa vermək barədə düşünmüşəm”, - deyə Marqvelaşvili “Pirveli” telekanalına müsahibəsində bəyan edib.

Bu arada Marvelaşvili vurğulayıb ki, prezident vəzifəsi yalnız yüksək post və titul deyil, həmçinin inam və məsuliyyət faktorudur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Gürcüstan   Prezident  





Xəbər lenti