Vyanada Qarabağ münaqişəsi müzakirə olunub

Vyanada Qarabağ münaqişəsi müzakirə olunub
  04 İyul 2017    Oxunub:1496
Bu gün Vyanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı silsilə görüşlər keçirilib.

ATƏT PA-nın mətbuat xidmətindən verilən məlumaata görə, görüşdə ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin iştirak edib.
Onun yüksək səviyyəli diplomatlarla görüşündə Azərbaycan, Ermənistan və Avstriyanın ATƏT-dəki nümaytəndələri, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT katibliyinin nümayəndəsi iştirak edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün razılaşdırılmış formatlar çərçivəsində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

AzVision.az


Teqlər: ATƏTA   Vyana   Qarabağ   Münaqişə  





Xəbər lenti