Ərdoğan xanım baş nazirə zəng edib

Ərdoğan xanım baş nazirə zəng edib
  04 İyul 2017    Oxunub:1268
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında telefon danışığı olub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlər çərçivəsində Kipr konfransının gedişinə dair fikir mübadiləsi aparılıb.

İqtisadi əlaqələr və müdafiə sənaye başda olmaq üzrə ikitərəfli münasibətləri inkişaf etdirmək qətiyyətlərini təsdiq edən iki lider, terrora qarşı əməkdaşlıqlarını daha da gücləndirəcəklərini bildiriblər.

Ərdoğan və Mey Hamburqda keçiriləcək “Böyük iyirmilik” sammiti çərçivəsində görüşəcəklərini də ifadə ediblər.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Britaniya   Tereza-Mey  





Xəbər lenti