Pirşağı körpüsü təmirə bağlanır

Pirşağı körpüsü təmirə bağlanır
  04 İyul 2017    Oxunub:2646
Pirşağı qəsəbəsinin girişində yerləşən və dəmir yolu üzərindən keçən avtomobil körpüsündə 5 iyundan səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq təmir işlərinə başlanılacaq.
"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən AzVision.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sözügedən körpü ilə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən körpü Novxanı-Pirşağı avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində təmir olunur.

AzVision.az


Teqlər: Bakı   Yol   Təmir   Pirşağa  





Xəbər lenti