Uşağı məktəb yaşına çatmayan valideynlərin nəzərinə

Uşağı məktəb yaşına çatmayan valideynlərin nəzərinə
  31 İyul 2017    Oxunub:2125
“Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq”.
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri İlhamə Abdullayeva deyib. O bildirib ki, 2017-2018-ci tədris ilində məktəbəhazırlıq proqramı 5 yaşında olan uşaqların 65%-ni əhatə edəcək ki, bu uşaqlar üçün tədris ödənişsiz olacaq.

“2017/2018 dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. 8 ay davam edən məşğələlər mayın 31-də başa çatacaq”.

Sektor müdiri qeyd edib ki, məktəbəhazırlıq qruplarının 770-i Azərbaycan, 166-ı rus bölmələrinin payına düşür.

“2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55 faizini əhatə edib. 2018-2019-cu dərs ilində 75, 2019-2020-ci tədris ilində məktəbəhazırlıq proqramının 5 yaşında olan uşaqların 90 faizini əhatə etməsi nəzərdə tutulur".

Aytən Zəhra
AzVision.az



Teqlər: məktəbəhazırlıq   şagird   Təhsil-Nazirliyi  





Xəbər lenti