Ali məktəblərdə 6242 plan yeri boş qalıb

Ali məktəblərdə 6242 plan yeri boş qalıb
  15 Avqust 2017    Oxunub:3476
Təhsil üzrə ekspert Kamran Əsədov bu il ali məktəblərin boş qalan plan yerlərinə dair statistik məlumat paylaşıb.

AzVision.az xəbər verir ki, ekspertin məlumatına görə, dövlət və özəl ali məktəblər daxil olmaqla, ümumilikdə 6242 plan yeri boş qalıb.

I qrup - 1863 (dövlət), 538 (özəl), 2401 (cəmi)
II qrup - 761 (dövlət), 1500 (özəl), 2261 (cəmi)
III qrup - 522 (dövlət), 322 (özəl), 844 (cəmi)
IV qrup - 215 (dövlət), 162 (özəl), 377 (cəmi)
V qrup - 302 (dövlət), 57 (özəl), 359 (cəmi)

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi məlumatına görə, 2017/2018-ci tədris ili üçünali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245) isə 2579-dur(41.30 %)

AzVision.az


Teqlər: Təhsil   Ekspert   Kamran-Əsədov  





Xəbər lenti